Modern.az

"Qarabağ" - "Ayaks" oyununa 20 mindən çox bilet satılıb

"Qarabağ" - "Ayaks" oyununa 20 mindən çox bilet satılıb

İdman

21 Oktyabr 2024, 16:20

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.

Bu barədə Modern.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda 20200 bilet alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu