Modern.az

"Qurban Qurbanovun istefasını istəyənlər nankorluq edir"

"Qurban Qurbanovun istefasını istəyənlər nankorluq edir"

25 Oktyabr 2024, 11:27

Ötən gün Bakıda UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” – “Ayaks” matçı keçirilib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks”la oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Məğlubiyyətin ardından jurnalistlər baş məşqçiyə suallar ünvanlayıblar. Suallardan biri istefaya çağırışları ilə bağlı olub. "Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…" sualına Qurban Qurbanov belə cavab verib: "Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar".

 

Modern.az-a danışan futbol mütəxəssisi Ağasəlim Mircavadov ilk növbədə verilən "qırmızı"lardan danışıb:

 

"Birinci oyunçu Romeo səhv etdi. Gərək göydə gələn topu vurb çıxardaydı. İkinci "qırmızı" barədə isə onu demək olar ki, hələ ortada oyunçu da vardı. Əvvəl belə epizodlar üçün  qırmızı vərəqə vermirdilər. Lakin indiki halda qanunlar dəyişilib. Ümumilikdə isə dünənki hakim həqiqətən səhvlər etdi. Onun hələ gənc, yeni olduğu anlaşılırdı".

 

Ağasəlim Mircavadov Qurban Qurbanovun istefasını istəyənləri anlamadığını söyləyib: "Qurban Qurbanov oyunlara çox hazırlaşır. Qarabağ müəyyən uğurlar qazanır. Birdən-birə istefa məsələsi haradan çıxdı? Yerli məşqçi olduğu üçün onun istefasını istəyirlər? Vallah mən Qurban Qurbanovun istefası barədə düşünənləri anlaya bilmirəm. Oyunla Qarabağ heç kəsə uduzmur. Dünənki oyuna baxanda Qarabağ  çox əla başladı deyə bilərəm. Həddindən artıq oyuna əla başlanıldı. Sonda vəziyyət belə oldu. Hələ qırmızı kartlar olmasaydı, necə olardı bilmirəm. Çünki “Ayaks” əvvəlki kimi deyil.  36 yaşında Henderson  “Ayaks”da oynayır. Biz həmişə “Ayaks”ı cavan uşaqlar yetirən klub kimi bilmişik. Klubda çox güclü cavan uşaqlar olurdu. İndiki halda onlarda həddindən artıq qıtlıq var. Ona görə də Hendersonu 36 yaşında komandaya dəvət ediblər. "Ayaks"da cavan oyunçu görmədim. Uzun sözün qısası, iki komandadan biri uduzdu. Lakin dünən mən qırmızıya qədər ancaq “Qarabağı”ı gördüm. Komandamız hücumdaydı".

 

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov isə Qurban Qurbanovu istefaya çağıranları tənqid edib, onların nankorluq etdiyini deyib:

 

"Qurban Qurbanov Azərbaycan futbolu tarixində böyük fədakarlıqları, xidmətləri olan biridir. 20 ildə heç bir məşqçinin, futbol adamının eləmədiyini Qurban Qurbanov edib. Qurban Qurbanovu da kim istefaya çağırırsa, çox böyük nankorluq edir, futboldan anlayışı olmayan adamlardır və qeyri-etik hərəkət edirlər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu