Modern.az

Gimnaziadanı 8 medalla başa vurdular

Gimnaziadanı 8 medalla başa vurdular

İdman

26 Oktyabr 2024, 23:27

Azərbaycan paracüdoçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 8 medalla başa vurublar.

 

Modern.az xəbər verir ki, Tahir Əlizadə (60 kiloqram), Hüseyn İsmayılzadə (73 kiloqram) və İlahə Əzizzadə (+57 kiloqram) qızıl, Ömər Qurbanov (60 kiloqram), Elxan Nəbizadə (73 kiloqram), İlham Əzizzadə (+73 kiloqram) ilə Elnarə Nizamlı (57 kiloqram) gümüş, Nurlana Məmmədova (+57 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

 

Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər