Modern.az

Qara Qarayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

Qara Qarayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

30 Oktyabr 2024, 15:02

“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Modern.az-a verilən məlumata görə, müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək futbolçulardan ibarət yığmalarında, eləcə də əsas millidə çıxış etmiş Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Futbolçu ilə rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər