Modern.az

Fəridə Əzizovaya vəzifə VERİLDİ

Fəridə Əzizovaya vəzifə VERİLDİ

31 Oktyabr 2024, 13:40

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.

Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmanın sükanı arxasına Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizova keçib.

Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?