Modern.az

"Qarabağ" və "Neftçi" xal itirdilər - VİDEO

"Qarabağ" və "Neftçi" xal itirdilər - VİDEO

İdman

1 Noyabr 2024, 22:41

Misli Premyer Liqasında XII tura iki oyunla start verilib.

 

Modern.az xəbər verir ki, ilk olaraq “Turan Tovuz” və “Qarabağ” komandaları qarşılaşıblar. Tovuz şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 28-ə yüksəldən Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. Tovuz klubu isə 25 xalla 2-ci sıradadır.

 

Günün ikinci matçında “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

 

“Neftçi Arena”da təşkil olunan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Rəqiblərindən bir oyun az keçirən Naxçıvan təmsilçisi 22 xalla 3-cü, Bakı klubu isə 9 xalla 8-ci yerdədir.

 

Qeyd edək ki, turun digər görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər