Modern.az

"Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi

"Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi

3 Noyabr 2024, 15:18

"Formula 1"də "Red Bull" komandasının 27 yaşlı niderlandlı pilotu Maks Ferstappen liderlik günlərinin sayına görə əfsanəvi yeddiqat çempion Mixael Şumaxeri keçib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildən bəri ardıcıl üç titul qazanmış və 2022-ci il İspaniya Qran-prisindəki qələbəsindən sonra fərdi hesabda liderliyi ələ alan M.Verstappen 897 gündür çempionatın lideri mövqeyindədir.

 

M.Şumaxer isə 2000-ci illərin əvvəlində İtaliyanın "Ferrari" kollektivində çıxış etdiyi dönəmdə "Formula 1"də fərdi hesabda 896 gün liderliyini qorumuşdu.

 

Qeyd edək ki, "Formula 1"də Braziliya Qran-prisinin əsas yarışı bu gün keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər