Şahin Diniyev "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra "Səbail" klubu ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.
Modern.az-ın məlumatına görə, bu barədə "oxu.az"a açıqlama verən Şahin Diniyev bildirib ki, şəxsi istəyi ilə klubdan ayrılıb.
"Qərar şəxsi istəyimdir. Belə olmalı idi, oldu. Bu barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. "Səbail" klubuna mövsümün geri qalanında uğurlar arzu edirəm", - deyə Ş.Diniyev bildirib.
Qeyd edək ki, Şahin Diniyev 2022-ci ilin dekabr ayından "Səbail" klubunun baş məşqçisi vəzifəsində çalışdırdı.
***
19:11
"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.
Modern.az xəbər verir ki, o, Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb.
Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu, "Kəpəz" isə 10-cü pilləsində qərarlaşıb.