Modern.az

Hakimi təhqir edən məşqçiyə 5 oyunluq cəza

Hakimi təhqir edən məşqçiyə 5 oyunluq cəza

İdman

5 Noyabr 2024, 18:00

"Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov AFFA tərəfindən sərt cəzalandırılıb.

Modern.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Mütəxəssis Əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir edib.

O, bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi isə məşqçini 5 oyunluq cəzalandırıb.

Həmçinin “Kəpəz-2” 400 manat cərimə edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı