Modern.az

Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlandı

Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlandı

İdman

16 Noyabr 2024, 11:04

Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının vaxtı açıqlanıb.

 

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, yarış noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.

 

Gənclər və İdman Nazirliyinin Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil edəcəyi ölkə çempionatında müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

 

Cüdo azarkeşləri yarış günlərində “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) ilə görüşmək imkanı əldə edəcəklər. Arenaya giriş sərbəst olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər