Modern.az

Millimiz darmadağın oldu - YENİLƏNİB

Millimiz darmadağın oldu - YENİLƏNİB

İdman

20 Noyabr 2024, 01:40

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Solna şəhərində üz-üzə gələn İsveç və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, “Strouberri Arena”da keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İsveç millisinin heyətində qolları Viktor Dyökerş (4 qol) və Deyan Kulusevski (2 qol) vurublar.

 

Bununla da C Divizionunun I qrupunu 1 xalla sonuncu pillədə başa vuran Azərbaycan millisi D Liqasına düşüb.

***

01:05

İsveç - Azərbaycan oyununda dörüncü və beşinci qollar qol vurulub.

 

Modern.az xəbər verir, görüşün 57-ci dəqiqəsində Kulusevski, 58-ci dəqiqəsində isə Dyekereş fərqlənib.

 

“Stroberri Arena"da keçirilirən görüşün 69-cu dəqiqəsində Dyekereş altıncı qola imza atıb 

 

***

00:33

 

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşün 37-cı dəqiqəsində Dyekereş üçüncü qolun müəllifi olub - 3:0.

***

 

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Solna şəhərində üz-üzə gələn İsveç və Azərbaycan yığmaları arasında oyunda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, “Strouberri Arena”da keçirilən görüşün 26-cı dəqiqəsində rəqibin heyətində Viktor Dyökereş fərqlənib.

***

23:57

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda meydan sahibləri hesabda irəli çıxıb.

 

Modern.az xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşqn 10-cu dəqiqəsində Kulusevski hesabı açıb.

 

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

**

23:45

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Solna şəhərində üz-üzə gələn İsveç və Azərbaycan yığmaları arasında oyun başlayıb.

 

Modern.az xəbər verir ki, “Strouberri Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

 

Qarşılaşmanı polşalı Pavel Raçkovski idarə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur