Modern.az

"Qarabağ" böyük hesabla məğlub oldu - VİDEO

"Qarabağ" böyük hesabla məğlub oldu - VİDEO

İdman

28 Noyabr 2024, 23:39

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.

 

23:31

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda beşinci qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.

 

87-ci dəqiqədə Juninyo penalti zərbəsini dəqiq yerinə yetirib.

***

23:31

 

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda dördüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 4:0-a çatdırıb.

 

80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub.

***

23:20

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.

 

68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.

***

23:07

 

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 2:0-a çatdırıb.

 

63-cü dəqiqədə Tolisso adını tabloya yazdırıb.

***

22:05

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 15-ci dəqiqəsində rəqibin heyətində Jorj Mikautadze fərqlənib.

 

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

 

***

21:46

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 21:45-də start götürüb.

 

Görüşü Serbiyadan olan FIFA referisi Nenad Minakoviç idarə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi