Modern.az

Azərbaycanın UEFA reytinqində MÖVQEYİ

Azərbaycanın UEFA reytinqində MÖVQEYİ

İdman

29 Noyabr 2024, 09:24

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Modern.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion"a (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.

Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi