"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.
Modern.az xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.
"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, "Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar - 1:0.
57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.
***
00:01
UEFA Avropa Liqasının VI turunda "Qarabağ" İsveçdə "Elfsborq"la qarşılaşır.
Modern.az xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da baş tutur.
***
22:57
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda baş tutacaq “Elfsborq” (İsveç) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri məlum olub.
Modern.az xəbər verir ki, "Buros Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Elfsborq": Pettersson, Buhari İbrahim, Holmen, Yeqbe, Halt, Hedund, Zeneli, Ouma, Ahmed Qasem, Maykl Baydu, Arber Zeneli
"Qarabağ": Mateuş Koxalski, Elvin Cəfərquliyev, Mateus Silva, Bədavi Hüseynov, Marko Veşoviç, Julio Romao, Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Aleksey Kaşuk, Juninyo.