Modern.az

“Araz-Naxçıvan”ın məğlubiyyətsizlik seriyasına son qoyuldu - VİDEO

“Araz-Naxçıvan”ın məğlubiyyətsizlik seriyasına son qoyuldu - VİDEO

İdman

14 Dekabr 2024, 18:56

Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Sabah"a məğlub olub.

 

Modern.az xəbər verir ki, XVII turun oyununda bölgə təmsilçisi 0:1 hesabı ilə uduzub.

 

"Bayquşlar"ın heyətində yeganə qolu 78-ci dəqiqədə Coy Lens Mikels vurub.

 

Bu nəticənin ardından xallarının sayını 26-ya çatdıran "Sabah" turnir cədvəlində dördüncü sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 39 xalla liderdir.

 

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" və "Səbail" kollektivləri qolsuz bərabərə qalıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər