Modern.az

Məşhur klub Juninyo ilə maraqlanır

Məşhur klub Juninyo ilə maraqlanır

17 Dekabr 2024, 18:00

İspaniyanın "Sevilya" klubu "Qarabağ"da çıxış edən Olavio Juninyo ilə maraqlanır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Zona Mixta" məlumat yayıb.

Komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.

Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edəcəyi vurğulanıb.

Qeyd edək ki, Olavio Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular