Modern.az

“Neftçi”dən ayrılan Qriqorçukun yeni iş yeri MƏLUM OLDU

“Neftçi”dən ayrılan Qriqorçukun yeni iş yeri MƏLUM OLDU

İdman

19 Dekabr 2024, 13:17

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri məlum olub.

Modern.az xəbər verir ki, ukraynalı çalışdırıcı ölkəsinin LNZ (Çerkassı) klubuna rəhbərlik edəcək. 59 yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.

Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi” ilə yanaşı, “Qəbələ” komandasının da baş məşqçisi olub. Mütəxəssis bu ilin oktyabr ayında “Neftçi” ilə yollarını ayırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər