Modern.az

"Fənərbağça" səfərdə xal İTİRDİ

"Fənərbağça" səfərdə xal İTİRDİ

İdman

20 Dekabr 2024, 23:07

Türkiyənin "Fənərbağça" klubu Superliqanın XVII turunda xal itkisi ilə üzləşib.

 

Modern.az xəbər verir ki, səfərdə "Eyüpspor"un qonağı olan İstanbul təmsilçisi 1:1 hesablı heç-heçəyə razılaşıb.

 

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. "Sarı-lacıvərdlilər"i məğlubiyyətdən xilas edən qolu isə Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.

 

36 xalı olan "Fənərbağça" 41 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 29 xalla "Samsunspor" qapayır.

 

Qeyd edək ki, "Qalatasaray" dekabrdın 22-də XVII tur çərçivəsində "Kayserispor"un qonağı olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular