Modern.az

"Zirə" "Səbail"i məğlub etdi - VİDEO

"Zirə" "Səbail"i məğlub etdi - VİDEO

İdman

21 Dekabr 2024, 20:36

Futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Hazırda “qartallar” 30 xalla 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.

 

Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə heç-heçə edib - 1:1.

 

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıb. İlin son turuna dekabrın 22-də keçiriləcək “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər