Modern.az

“Çelsi” və “Mançester Yunayted” məğlub oldu 

“Çelsi” və “Mançester Yunayted” məğlub oldu 

İdman

27 Dekabr 2024, 00:44

İngiltərə Premyer Liqasında XVIII turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, “Çelsi” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Mançester Yunayted” də azarkeşlərini sevindirə bilməyib. Ruben Amorimin başçılıq etdiyi komanda səfərdə “Vulverhempton”a uduzub - 0:2.

 

“Çelsi” hazırda 35 xalla turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb. “Mançester Yunayted” isə 22 xalla 14-cü yerdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər