Modern.az

Fatih Terim bu klubun baş məşqçisi oldu

Fatih Terim bu klubun baş məşqçisi oldu

27 Dekabr 2024, 09:52

Türkiyəli tanınmış futbol mütəxəssisi Fatih Terim yenidən işinin başına qayıdıb.

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu 71 yaşlı təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirib. Klubun rəsmi səhifəsində bununla bağlı video paylaşılıb və “Salam, İmperator” yazılıb.

Qeyd edək ki, Fatih Terim daha çox “Qalatasaray” və Türkiyə millisindəki işi ilə tanınır. O, son olaraq Yunanıstanın “Panatinaikos” komandasında işləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular