Modern.az

Şahmat üzrə dünya çempionatında QALMAQAL

Şahmat üzrə dünya çempionatında QALMAQAL

İdman

29 Dekabr 2024, 10:01

Nyu-Yorkda keçirilən sürətli şahmat üzrə dünya çempionatı böyük qalmaqalla başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş dünya çempionu Maqnus Karlsen geyim qaydalarını pozaraq oyuna cins şalvarla çıxıb.

Təşkilatçılar şahmat üzrə 16-cı dünya çempionunu 200 dollar cərimələyərək paltarının dəyişdirilməsini tələb ediblər. Karlsen cins şalvarını dəyişməkdən imtina etdiyi üçün sürətli şahmat üzrə dünya çempionatının 9-cu raundundan kənarlaşdırılıb. Buna cavab olaraq şahmatçı blits şahmat üzrə dünya çempionatında iştirakdan imtina edib.

Daha sonra 34 yaşlı Karlsen bildirib ki, cins şalvarını dəyişməmək onun üçün prinsipial məsələdir, çünki ondan dərhal bunu etmək tələb olunub O, Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə aralarında yaranan münaqişəni də xatırladıb.

Karlsen 2013-2023-cü illərdə şahmat üzrə dünya çempionu olub və onu dörd dəfə uğurla müdafiə edib. Norveçli könüllü olaraq beşinci yarışdan imtina edib.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər