Modern.az

“Mançester Siti” kapitanın əvəzləyicisini tapdı

“Mançester Siti” kapitanın əvəzləyicisini tapdı

İdman

29 Dekabr 2024, 18:47

İngiltərənin “Mançester Siti” komandası kapitanı Kayl Uolkerin əvəzləyicisini müəyyən edib.

 

Modern.az xəbər verir ki, “şəhərlilər” “Nottinqem Forest”in müdafiəçisi Ola Ainanı transfer edəcək. Baş məşqçi Xosep Qvardiola müdafiənin hər iki cinahında oynamaq bacarığı olan futbolçunu komandasında görmək istəyir.

 

Qışda nigeriyalı oyunçu və komanda arasında müqavilə şərtləri ilə bağlı danışıqlar olacaq.

 

Ola Ainanın “Nottinqem Forest”lə sözləşməsi 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm 18 oyunda 2 qolla yadda qalıb.

 

Qeyd edək ki, Kayl Uolkerin “Mançester Siti” ilə müqaviləsi növbəti mövsümün sonunda yekunlaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər