Modern.az

"Neftçi" legioner futbolçu ilə yollarını ayırdı

"Neftçi" legioner futbolçu ilə yollarını ayırdı

İdman

1 Yanvar 2025, 12:17

Qış fasiləsində "Neftçi"də ilk futbolçu ayrılığı gerçəkləşib.

Modern.az xəbər verir ki, Bakı klubu macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşıb.

31 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Məlumatı Macarıstan mətbuatı yayıb. İddiaya görə, təcrübəli futbolçu ilə bir neçə klub yaxından maraqlanır.

Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından "Neftçi"də çıxış edirdi. Onun "ağ-qaralar"la 2025-ci ilin iyun ayınadək müqaviləsi var idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular