Modern.az

Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ

Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ

İdman

4 Yanvar 2025, 18:19

Azərbaycanın veteran gimnastı Faiq Rəcəbov vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib. F.Rəcəbov yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. Gimnastika üzrə SSRİ idman ustası olan F.Rəcəbov Azərbaycanın yığma komandasının üzvü kimi SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü kimi çalışıb.

 

F.Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.

 

Qeyd edək ki, F.Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər