Modern.az

“Fənərbağça” doğma meydanda qələbə qazandı 

“Fənərbağça” doğma meydanda qələbə qazandı 

İdman

5 Yanvar 2025, 22:57

Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İstanbul təmsilçisinin heyətində hər iki qolu Yusuf En-Nesiri vurub. Qonaqlarda isə Bilal Boutobba fərqlənib.

 

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. Hatay klubu isə 9 xalla 18-ci yerdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər