Modern.az

“Fənərbağça” səfərdən qələbə ilə qayıdır

“Fənərbağça” səfərdən qələbə ilə qayıdır

İdman

13 Yanvar 2025, 23:05

Türkiyə Superliqasının XIX turunda növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Konyaspor”la qarşılaşıb.

 

Görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Fənərbağça”nın heyətində qolları Mərt Müldür, Çağlar Söyuncü və Duşan Tadiç vurublar. Meydan sahiblərində isə Pedrinyo ilə Blaz Kramer fərqləniblər.

 

Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 20 xalla 15-ci yerdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər