Modern.az

Azərbaycan millisinə baş məşqçi TƏYİN EDİLDİ

Azərbaycan millisinə baş məşqçi TƏYİN EDİLDİ

İdman

14 Yanvar 2025, 21:37

Azərbaycan Atletika Federasiyasında (AAF) yeni təyinatlar reallaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidməti məlumat yayıb.

 

Federasiya prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyevanın görüşü zamanı Oktay Mirzəyev Azərbaycan millisinin baş məşqçisi, Michal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçisi təyin olunub.

 

O.Mirzəyev baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər