Modern.az

Juninyo rəsmən "Qarabağ"dan AYRILDI

Juninyo rəsmən "Qarabağ"dan AYRILDI

İdman

15 Yanvar 2025, 22:14

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

 

Modern.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

 

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər