Modern.az

“Qarabağ” rekordunu TƏKRARLADI

“Qarabağ” rekordunu TƏKRARLADI

İdman

19 Yanvar 2025, 15:21

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 50 qol vuran ilk komanda olub.

 

Peşəkar Futbol Liqasından Modern.az-a verilən məlumata görə, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.

 

Əlli qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl – 2022/2023-cü illər mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

 

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/1997-ci illər mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər