Modern.az

“Real Madrid” liderliyə yüksəlib

“Real Madrid” liderliyə yüksəlib

İdman

19 Yanvar 2025, 23:31

İspaniya La Liqasında XX turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Real Madrid” doğma meydanda “Las Palmas”la qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Madrid klubunun qollarını Kilian Mbappe (2 qol), Brahim Diaz və Rodriqo vurublar. Qonaqların qoluna isə Fabio Silva imza atıb.

 

Bu nəticədən sonra xallarını 46-ya çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Las Palmas” isə 22 xalla 14-cü pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər