Modern.az

"Qarabağ" məğlub oldu: pley-off şansını İTİRDİ

"Qarabağ" məğlub oldu: pley-off şansını İTİRDİ

İdman

23 Yanvar 2025, 23:45

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdam klubunun heyətində birinci qolu 2-ci dəqiqədə Leandro Andrade vurub.

 

Qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub.

 

FKSB-nin qollarına Adrian Sut ( 2 qol) və David Mikulesku imza atıblar.

 

Matçı slovakiyalı hakim Filip Qlova idarə edib.

 

Aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.

 

***

23:38

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII tur oyununda beşinci qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 73-cü dəqiqəsində rəqibin heyətində Adrian Sut dubla imza atıb.

 

***

22:48

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII tur oyununda ilk hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın fasiləsinə 2:2 hesablı heç-heçə ilə yollanıb.

***

22:35

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII tur oyununda üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub.

 

Matçı slovakiyalı hakim Filip Qlova idarə edir

***

22:00

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesabı bərabərləşdiriblər - 1:1.

 

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

***

21:49

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-ci dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

 

***

21:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

 

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

 

***

21:02

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. 

 

Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Komandaların start heyətləri açıqlanıb:

 

“Qarabağ”: 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə

 

Baş məşqçi: Qurban Qurbanov

 

FKSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şuk (k), 42. Baba Alhassan, 7. Florin Tanase. 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea

 

Baş məşqçi: Elias Xaralambus

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər