Modern.az

Tanınmış futbolçu karyerasını bitirir

Tanınmış futbolçu karyerasını bitirir

İdman

24 Yanvar 2025, 18:22

Braziliya millisinin və Türkiyənin “Qalatasaray” komandasının sabiq futbolçusu Felipe Melo karyerasını bitirib.

 

Modern.az xəbər verir ki, bu barədə 41 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

 

Son olaraq ölkəsinin “Fluminense” komandasında çıxış etmiş keçmiş futbolçu yazıb: “Bu gün həyatımın ən önəmli dövrlərindən birini bitirirəm. Futbolçu karyeramı başa vururam”.

 

Qeyd edək ki, Felipe Melo karyerası ərzində “Qalatasaray”la yanaşı, İtaliyanın “Yuventus” və “İnter” kimi tanımış komandalarının da formasını geyinib. O, Braziliya millisinin heyətində 22 matçda 2 qolla yadda qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər