Modern.az

"Roma"dan səfər qələbəsi

"Roma"dan səfər qələbəsi

İdman

26 Yanvar 2025, 21:20

İtaliya A Seriyasında XXII turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Roma" səfərdə "Udineze"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Roma"nın qollarını Pelleqrini və Dovbik vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Lorenzo Luçça imza atıb.

 

Bu nəticədən sonra xallarını 30-a çatdıran "Roma" 9-cu pillədə qərarlaşıb. Udine klubu isə 26 xalla 11-ci yerdədir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər