Modern.az

AFFA "Qarabağ"ı 2 min manat cərimələdi

AFFA "Qarabağ"ı 2 min manat cərimələdi

İdman

30 Yanvar 2025, 13:26

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.

Modern.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Ağdam təmsilçisi Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a uduzduqları matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün ziyana düşüb.

"Neftçi" klubu isə "Liv Bona Dea Arena"da qırılmış 17 oturacağa görə dəymiş zərəri "Araz-Naxçıvan"a ödəməli olacaq. "Ağ-qaralar"ın azarkeşləri həmin stadionda Naxçıvan komandasına 1:2 hesabı ilə uduzduqları matçda oturacaqları sındırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular