Modern.az

"Turan Tovuz" "Səbail"lə bərabərə qaldı

"Turan Tovuz" "Səbail"lə bərabərə qaldı

İdman

1 Fevral 2025, 18:02

Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb.

Modern.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Oyunda hesab 29-cu dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alexandro Serrano fərqlənib. 45+2-ci dəqiqədə qırmızı vərəqə alan Kauan Martins qərb təmsilçisini meydanda azlıqda qoyub. Qonaqları məğlubiyyətdən xilas edən qola isə Madi Queta imza atıb. 82-ci dəqiqədə baş zərbəsi ilə rəqib torunu silkələyən oyunçu "dənizçilər"ə 1 xal qazandırıb.

36 xalı olan "Turan Tovuz" dördüncü, 16 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər