Modern.az

Şahmatçımız beynəlxalq turnirdə 2-ci yeri tutdu

Şahmatçımız beynəlxalq turnirdə 2-ci yeri tutdu

İdman

2 Fevral 2025, 23:44

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" turnirinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı XIII turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib. 13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq, 19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.

 

Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər