Modern.az

AFFA-ya yeni baş katib TƏYİN EDİLDİ

AFFA-ya yeni baş katib TƏYİN EDİLDİ

İdman

3 Fevral 2025, 20:35

AFFA-nın Baş katibi dəyişib.

Modern.az-ın məlumatına görə, Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəzləyib.

Sərxan Hacıyev AFFA-da icraçı vitse-prezident kimi vəzifəsini davam etdirəcək.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb. 

O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib. 

2019-2020 illərdə “Topaz” şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər