Modern.az

“Araz-Naxçıvan” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

“Araz-Naxçıvan” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

6 Fevral 2025, 12:20

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları keçirilir.

 

Modern.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

 

Əvvəlcə “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Digər qarşılaşma “Səbail”lə “Qarabağ” arasında olacaq.

 

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Kəpəz” – “Neftçi” matçında qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. “Sabah” – “Sumqayıt” matçı isə qolsuz yekunlaşıb – 0:0.

 

Azərbaycan Kuboku

1/4 finalın ilk oyunları

6 fevral

 

“Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev

“Liv Bona Dea Arena”, 16:00.

 

“Səbail” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.

“ASCO Arena”, 18:30.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər