Modern.az

İngiltərə çempionu "Neftçi"də

İngiltərə çempionu "Neftçi"də

İdman

8 Fevral 2025, 19:35

"Neftçi” növbəti transferini həyata keçirib.

 

Modern.az xəbər verir ki, "ağ-qaralar" Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambunu heyətinə qatıb.

 

Yeni komandasında 9 nömrəli formanı geyinəcək 27 yaşlı forvardla 1,5 illik müqavilə bağlanıb.

 

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka Kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər