Modern.az

Boksçularımız Serbiyada 6 medal qazandı

Boksçularımız Serbiyada 6 medal qazandı

İdman

9 Fevral 2025, 12:53

Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb.

 

Modern.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

 

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb.

 

Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

 

Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər