Modern.az

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

İdman

12 Fevral 2025, 09:58

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.

Qeyd edək ki, Oğuz Çətin 2013/2014 mövsümündə “Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər