Modern.az

Avropa Kubokunun ilk günü - 6 medal qazandıq

Avropa Kubokunun ilk günü - 6 medal qazandıq

İdman

16 Fevral 2025, 11:36

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

 

Modern.az-ın məlumatına görə, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

 

50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

 

55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

 

60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu