Modern.az

"Fənərbağça"dan 38 yaşlı futbolçuya yeni təklif 

"Fənərbağça"dan 38 yaşlı futbolçuya yeni təklif 

26 Fevral 2025, 18:28

Türkiyənin "Fənərbağça" komandası futbolçusu Edin Ceko ilə müqavilənin müddətini uzadacaq.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi 38 yaşlı hücumçuya 1 illik yeni sözləşmə təklif edib.

 

Oyunçunun hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Klub rəhbərliyi yaxın günlərdə Bosniya və Herseqovinadan olan futbolçunun agenti Alessandro Lussi ilə görüşəcək.

 

Qeyd edək ki, Edin Ceko "Fənərbağça"nın heyətində bu mövsüm 38 matçda 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış