Modern.az

Məhəmməd Salah rekordunu təkrarladı

Məhəmməd Salah rekordunu təkrarladı

27 Fevral 2025, 11:18

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz məhsuldarlıq rekordunu təkrarlayıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bunu ölkə çempionatının XXVII turunda "Nyukasl”la oyunda (2:0) assist etməklə bacarıb.

Misirli oyunçu Mersisayd təmsilçisinin heyətində bu mövsüm 28 oyunda 25 qol vurub və 17 məhsuldar ötürmə edib. O, bundan əvvəl Premyer Liqada ən yaxşı nəticəsinə 2017/2018-ci illər mövsümündə imza atıb - 32 qol, 10 məhsuldar ötürmə.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 39 matçda 30 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular