Modern.az

“Neftçi” səfərdə “Kəpəz”ə məğlub oldu

“Neftçi” səfərdə “Kəpəz”ə məğlub oldu

İdman

5 Mart 2025, 19:27

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, bağlanış oyununda "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Tovuz şəhər stadionunda reallaşan görüşdə Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoyev vurub.

 

Bu nəticədən sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb. “Kəpəz”in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki “Sumqayıt”la xallarının sayını bərabərləşdirib. “Neftçi” isə 27 xalla 6-cı sırada qalıb.

 

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" "Səbail"i, "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular