Modern.az

FİFA builki mükafat fondunu AÇIQLADI

FİFA builki mükafat fondunu AÇIQLADI

İdman

6 Mart 2025, 08:57

Cari ildə keçiriləcək Klublararası Dünya Çempionatının mükafat fondu bir milyard dollar təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

 

Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Müsabiqənin dörd ildən bir keçirilməsi planlaşdırılır.

 

Klublararası Dünya Çempionatı ilk dəfə 32 komandanın iştirakı ilə təşkil olunacaq. Yarışda Avropadan 12 klub (o cümlədən Çempionlar Liqasının son 4 qalibi, həmçinin klub reytinqində ən yaxşı 8 komanda), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4, Okeaniyadan 1 klub və ev sahibi ölkənin təmsilçisi mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər