Modern.az

Bakıda "Formula 1"ə hazırlıq başladı

Bakıda "Formula 1"ə hazırlıq başladı

İdman

6 Mart 2025, 13:26

Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bu barədə Modern.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Paddok həmişəki kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi