Modern.az

AFFA “Turan Tovuz”u cərimələdi

AFFA “Turan Tovuz”u cərimələdi

İdman

7 Mart 2025, 10:44

AFFA İntizam Komitəsi “Turan Tovuz” komandasını cərimələyib.

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna bölgə təmsilçisinin azarkeşlərinin Misli Premyer Liqasının XXV turunun “Zirə” ilə ev oyununda kənar əşya atması səbəb olub.

Bu, Tovuz klubunu 800 manat ziyana salıb.

Qeyd edək ki, qarşılaşma “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular