Modern.az

AFFA "Qarabağ"ı 4000 manat CƏRİMƏLƏDİ

AFFA "Qarabağ"ı 4000 manat CƏRİMƏLƏDİ

İdman

13 Mart 2025, 13:18

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilmiş oyunda baş verən insidentlə bağlı qərarları verib.

Modern.az xəbər verir ki, Naxçıvan təmsilçisinin futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klub 3000 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” daha 800 manat ziyana düşüb.

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı isə təcavüzkar davranışa cəhd etdiklərinə görə 1-I şərti olmaqla 2 oyun cəzalanıblar. Ağdam klubu isə 4000 manat cərimə ödəyəcək.

Hər 3 qərar üzrə sınaq müddəti 3 ay təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər